FAQ

Nuush.az nədir

Nuush.az Bakıda ilk online yemek sifarişi saytıdır.Siz bizim sayt vasitəsi ilə şəhərimizdə yerləşən ən yaxşı restoranlardan bir neçə klik etməklə sifarş edə bilərsiz. Bizim kuriyer komandamız Sizin sifarişləri daha surətli və isti çatdıracaqdır. Sifarişiniz asan Yeməyiniz Nuush olsun!

Qeydiyyat

Nuush.az dan sifariş etmək üçün qeydiyyatdan keçərək şəxsi hesab yaratmaq mütləqdir. İlk dəfə qeydiyyat zamanı ad, soyad, elektron poçt ünvanını və telefon nömrəsini qeyd etmək vacibdir.

Sifarişlər

Telefonla sifariş edə bilərəm?

Bəli Siz 012-310-20-30 və ya 070-310-20-35 nömrələrinə zəng vuraraq da sifariş edə bilərsiz.

Sifarişim haqqında məlumatları harada tapa bilərəm?

Sifariş haqqında ətraflı məlumatı Hesabınıza daxil olub Sifarişlərim bölmündən ala bilərsiniz.

Sifariş ilə bağlı hər-hansı bir problem yaranarsa, qaytarma siyasətiniz nədir?

Sifarişinizin alınması zamanı məhsulların arasında qüsurlu və yaxud zədəli qablaşdırmada olan məhsul aşkarlanarsa, satıcının Dəstək Xidmətini dərhal məlumatlandırmaq lazımdır və belə məhsullar dərhal kuryerə qaytarılmalıdır. Məhsullar kuryerdən alındığdan sonra, bütün məsuliyyət alıcının üzərinə düşür.

Sifarişi təsdiqlədikdən sonra dəyişə və ya ləğv edə bilərəm?

Sifariş restoran tərəfindən hələ təsdiqlənməyibsə Siz sifarişi ləğv edə bilərsiz. Sifariş restoran tərəfindən təsdiqlənibsə o zaman Nuush Dəstək Xidmətinə [email protected] yaza bilersiz ve ya 012-310-20-30 nömrəsinə zəng etmək lazımdır.

Sifariş artıq hazırlanmışdırsa, təəssüf ki, onu ləğv etmək artıq mümkün deyil.

Çatdırılma

Mən olduğum əraziyə çatdırılmanın olub-olmadığını necə yoxlaya bilərəm?

Qeyd etdiyiniz ünvana çatdırılmanın olub olmadığını Ünvan Axtar bölmündən öyrənə bilərsiz.

Çatdırılma ünvanını sifariş yerləşdirdikdən sonra necə dəyişə bilərəm?

Dəstək Xidmətinə [email protected] yazın və yaxud 012-310-20-30 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Ödəniş

Çatdırılmanın qiyməti nə qədərdir

Restorandan, məbləğdən və məsafədən asılı olaraq çatdırılma pullu və pulsuz ola bilər.

Hansı ödəniş üsullarını seçə bilərəm?

Çatdırılma zamanı Siz: nəğd pul, POS-terminal və ya (restoran dəstəklədiyi halda) online ödəniş tipini seçə bilərsiz.

Nuush Cashback nədir? Necə istifadə olunur?

Qeydiyyatdan keçmiş hər bir Nuush üzvü Sifariş verdikdə Sifariş məbləğinin 2% cashback olaraq üzvün hesabına qayıdır. Bu məbləğ 30 azn çatdıqda isə Üzv rahat şəkildə həmin məbləğdən istifadə edə bilər.

Kuryer üçün tips

Kuryerə tips verməliyəm?

Kuryerə tips verməliyəm?

Kuryerə tips verməliyəm?

Proqramdan istifadə zamanı hər hansı bir texniki problem yaranarsa, kimə müraciət edə bilərəm?

[email protected] Dəstək Xidmətinə yaza bilərsiniz.